Allah ruzi olaraq insanlara çox nemət vermişdir. Rəngarəng meyvələr, növ- növ yeməklər, tərəvəzlər, ətlər, içkilər… Hər biri insanların xidmətinə təqdim edilmişdir. Və Allah
" Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər…" (Maidə Surəsi, 4)
ayəsiylə, insanlara bütün təmiz yeməklərin halal olduğunu bildirmişdir.
Allahın insanlara haram etdiyini bildirdiyi yeməklər isə, ölü əti, qan, donuz əti kimi, onsuz da insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayəsində belə buyurmaqdadır:
De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.(Ən'am Surəsi, 145)
Ayədə haram olan yeməklər üçün keçən "murdar" (murdar) ifadəsinin bir çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.
Məsələn donuz əti çox yağlıdır, yeyildiyi təqdirdə bu yağ qana keçir. Qandakı bu çox miqdardakı yağ qan damarlarının sərtləşməsinə, təzyiq yüksəlməsinə və infarkta səbəb olur. Eləcə də, donuz yağında "sutoksin" deyilən zəhərli maddənin çölə atılması üçün, linfa vəzlərinin normaldan daha çox çalışması lazımdır. Bu hal xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü biruzə verir. Bunların xaricində donuz əti bol miqdarda kükürd ehtiva edir. Bədənə çox miqdarda daxil olan kükürd; qığırdaq, əzələ və sinirlərə yığılaraq oynaqlarda iltihablanma, əhənglənmə və qığırdaqarası yırtıq kimi müxtəlif xəstəliklərə səbəb olur. Bütün bunlarınla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz yoluyla keçir və insanlarda öldürücü bir hal meydana gətirir) ciddi xəstəliklərə də səbəb olmaqdadır. (Burada donuz ətinin yalnız ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)
Göründüyü kimi, insana zərər verən yeməklərin haram olması da insanlara təqdim edilmiş bir asanlıq və qorumadır.
Ancaq burada bir nöqtəyə daha diqqət çəkməkdə fayda vardır: Əlbəttə bir şeyin haram, ya da halal olması tamamilə Rəbbimizin əmriylədir. Və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə insanlara göstərər, diləməzsə göstərməz. Amma Allah insanlara bir asanlıq olması, ürəklərinin tam olaraq təmin tapması üçün, yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi bu hikmətləri insanlara bir çox vəsilə ilə göstərməkdədir.
Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər vəziyyətdə necə davranması lazım olduğunu da açıqlamışdır. Beləliklə insanların gözlənilməz vəziyyətlərdə tərəddüd yaşamalarının qarşısı alınmışdır. Bu mövzudakı bəzi ayələr belədir:
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona )(günah gəlməz). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir! (Nəhl Surəsi, 114-115)
Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayədir. Çünki insan zəif yaradılmışdır. Səhv edə bilər, unuda bilər, iradəsiz davrana bilər. Ancaq, Allah, səmimi olaraq tövbə etdiyində özünü bağışlayacaq və əsirgəyəcək.

Hiç yorum yok:
Yorum Gönder