Allahın möminlərə olan köməyi müxtəlif şəkillərdə təcəlli etməkdədir. Allahın köməklərindən biri, mələkləri, çətin anlarında möminlərin köməyinə göndərməsidir. Allah Quranda bu köməyi, Peyğəmbərimiz (səv) dövründə yaşanmış olan bir hadisəni nümunə verərək belə xəbər verməkdədir:
O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi? Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.(Ali İmran Surəsi, 124-126)
Allah bir başqa ayəsində isə möminlərə görünməyən ordularla da kömək etdiyini açıqlamışdır:
Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, (düşmən) ordusu sizin üstünüzə (hücuma )keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.(Əhzab Surəsi, 9)
Allahın Quranda möminlərin daim qalib gələcəklərini bildirməsi, möminlər üçün gözəl və şövqləndirici bir vəddir. Ancaq burada bir nöqtəyə daha diqqət çəkməkdə fayda vardır. Hər kömək Allahdandır və şübhəsiz gücün bütün sahibi Allahdır. Möminlər, əsl zəfər və köməyin əslində Allaha aid olduğunu bilirlər. Mələklərin dəstək olmasının isə, Allahın bir müjdəsi, özlərinə kömək və dəstəyinin mələklərin köməyi şəklindəki təcəllisi olduğunu əsla unutmazlar. Çünki Rəbbimiz ayələrində bu gerçəyi belə xatırlatmışdır:
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi.Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Ənfal Surəsi, 9-10)
Allahın dilədiyi quluna dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda da içlərində bir güvən və hüzur duyğusu olar. Bu ruh halı içində mənəvi cəhətdən son dərəcə gözəl bir həyat yaşayarlar.
Hiç yorum yok:
Yorum Gönder