Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa Surəsi, 28)
Fədakarlıq, etibarlılıq, şəfqət göstərmək, təvazökarlıqkar olmaq, dürüstlük, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, əsilzadə, yetkin, səmimi, həlim xasiyyətli, bağışlayıcı, təvəkküllü, səbrli, comərd, hörmətli, etidallı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları alçaltmamaq kimi gözəl xüsusiyyətlər Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əksəriyyət bir-birinə bənzər davranışlar etdiyi üçün cahiliyyə əxlaqının məhsulları olan; eqoizm, öz mənfəətlərini qorumaq uğruna başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ-lağı, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görülür. Hətta bir adam özünü təriflərkən "Mən çox ehtiraslı, qısqanc və xəsisəm" kimi son dərəcə pis xüsusiyyətləri sanki şəxsiyyətinin əhəmiyyətli və gözəl parçalarıymış kimi sıralaya bilir. Bu səbəbdən insanların çox böyük bir qismi ümumiyyətlə bir-birlərini və özlərini bu mənfi xüsusiyyətləriylə qəbul edirlər.
Hətta xalq arasında ümumiyyətlə "Bir insan 7-sində nə isə 70-ində də odur" deyimi istifadə edilir. Bu səhv anlayışa görə sahib olunan pis xüsusiyyətlərin, xasiyyətlərin, vərdişlərin dəyişməməsi, həyat boyunca eyni qalması məqbul qarşılanır. Halbuki daha əvvəl də ifadə etdiyimiz kimi Allah insanı din fitrətinə uyğun olaraq yaratmışdır. Bu səbəbdən insanın təbiətində, gözəl əxlaqı görməkdən və tətbiq etməkdən zövq almaq vardır. Digər yollar isə, çətin və insana əziyyət verən olanlardır. Yaxın tariximizin əhəmiyyətli İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi, Şüalar adlı əsərində imanlı bir həyatın asanlığına və küfrün insan həyatına gətirdiyi çətinliyə belə diqqət çəkir:
"Küfr yolunda getmək, buzlar üzərində getməkdən daha zəhmətli və daha təhlükəlidir. İman yolu isə, suda, havada, gəzmək və üzmək kimi çox asan və zəhmətsizdir." (Məsnəvi-i Nuriyyə s. 71)
İmansız bir həyatda insan bəlkə bəzi zövqlər yaşaya bilər. Amma bunlar çox qısadır və mütləq ardından izdirab və əziyyəti də gəlir. İnsan nə qədər zənginlik, bolluq, gözəllik, zövq içində yaşasa da əgər imanı yoxsa bunların hamısının bir gün əlindən gedəcəyini bilməyin sıxıntısını yaşayar. Bütün sahib olduqları, ya dünyada qarşılaşdığı bir hadisə ilə əlindən çıxacaq, ya da bir gün ölümlə birlikdə qaçınılmaz olaraq bunlardan uzaqlaşacaq. Yəni axirətə iman və Allaha təvəkkül olmayan bir yerdə gerçək dinclik və zövqün yaşanması qətiyyən mümkün olmaz. Səid Nursi, iman və gözəl əxlaq olmadığında insanın necə bir nəticə ilə qarşılaşılacağını belə ifadə edir:
"Həyat isə, əgər iman olmazsa və yaxud üsyan ilə o iman təsir etməzsə; həyat, zahiri və qısacıq bir zövq və ləzzətlə birlikdə, minlərlə dərəcə o zövq və ləzzətdən çox əzablar, hüznlər, kədərlər verər." (Sözlər s. 151)
Gözəl əxlaq isə insan üçün ən asan və ən gözəl olandır. İman yolunu seçən insanlar üçün həyatlarından axirətə qədər davam edən bir zövq, sevinc və rahatlıq vardır. Hər hansı bir əskiklikləri olsa da, bunun keçici olduğunu, dünyada əskik olan hər şeyin axirətdə sonsuza qədər özlərinə vəd edilmiş olduğunu bilməyin heç bitməyən şövqünü yaşayarlar. Sonsuz nemətə qovuşa bilmək üçün etmələri lazım olan isə çox asandır; Qurana və vicdanlarının əmr etdiklərinə tabe olmaqları, Allahın icazəsiylə özlərini sonsuz gözəlliklərin və kəsilməz nemətlərin məkanı olan cənnətə çatdıracaq.
Hiç yorum yok:
Yorum Gönder