2010-07-07

ALLAH BÜTÜN DUALARA CAVAB VERİR VƏ HƏR İNSANA ÇOX YAXINDIR

Din əxlaqından uzaq cəmiyyətlərdə, Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar, hər an Allaha yönələ biləcəkləri halda, bunun üçün zamanlar təyin etmişlər və ya araya vasitəçilər qoymuşlar. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Zumər Surəsi, 3)
Allaha dua etmək üçün müxtəlif vasitəçilərə gərək olduğunu söyləyən insanlar, əslində dini çətin göstərərək insanları yoldan sapdırmaqdadırlar. Çünki
" İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf Surəsi, 16)
ayəsiylə bildirildiyi kimi, insana ən yaxın olan daim Allahdır. Yəni insan hər dilədiyi zaman Allaha yönələ bilər, dilədiyi anda Rəbbimizə səsini eşitdirə bilər, dua ilə kömək istəyə bilər.
Dua etmək üçün xüsusi vaxtlara da ehtiyac yoxdur. Hər an, hər dəqiqə Allaha dua edilə bilər. Əks halda, insan özbaşına qaydalar çıxarmış olar. İnsan bir yerdən bir yerə gedərkən, nərdivandan enərkən, alver edərkən, yemək hazırlayarkən, televizor seyr edərkən, liftdəykən, bir yerdə gözləyərkən, gecə yatdığı zaman, səhər qalxdığında, nahar edərkən, avtomobil sürərkən, qısacası hər yerdə və hər zaman Allaha dua edərək, Allahdan istədiklərini ifadə edə bilər. Bunun üçün, ağlından keçirməsi belə kafidir, çünki Allah insanın ürəyində gizlədiklərini də bilən, hər şeydən xəbərdar olandır.
Bununla birlikdə Allaha dua edən hər kəs, Allahın dualara mütləq cavab verən olduğunu bilməlidir. Allah, ehtiyac içində olan insanların daim Özünə yönəldikləri təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml Surəsi, 62)
Allahın qullarına verdiyi bu sərhədsiz imkan heç şübhəsiz sonsuz rəhmətinin bir təcəllisidir. Allah Quranda insanlara yaxınlığını, Özünə yönələnlərin vəlisi olacağını və dua edənin duasına şübhəsiz cavab verəcəyini bir çox ayəsiylə bildirməkdədir. Bu ayələrdən biri belədir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə Surəsi, 186)
Möminlərin, Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək Allahın razılığına uyğun yaşamaqları lazımdır. Çünki Allahın özlərinə verdiyi bu asanlıq elə böyük və sərhədsiz bir imkandır ki; hər şeyin Hakimi, Sahibi olan tək güc sahibi Allah, insanlara istədikləri hər şeyə qarşılıq verəcəyini vəd etməkdədir. Və Allah qətiyyən vədindən dönməz.



Hiç yorum yok: