2010-07-07

VİCDANINI DİNLƏYƏNLƏR DAİM QAZANARLAR

Şossedə hərəkət edən avtomobilləri düşünün… Hər birinin içində fərqli mədəniyyətlərdən gələn, fərqli işlərdə çalışan, xarakterləri ayrı, aldıqları təhsilləri, tipləri qısacası hər şeyləri bir-birindən fərqli olan insanlar şosedə irəliləyirlər.
Bu avtomobillərdən ikisinin də yolda bir yol qəzası ilə qarşılaşdıqlarını fərz edək. Qəza edən avtomobilin içində yaralı olduğu görünən bir adam huşsuz halda olsun... Bu vəziyyətdə avtomobillərdən biri yalnız baxıb yoluna davam edərkən, digəri avtomobili dərhal dayandırıb yaralı olan adama kömək edib, onu ən yaxın xəstəxanaya yetişdirməyə və əlindən gəldiyi qədər kömək olmağa çalışır…
Bu iki adam arasındakı ən əhəmiyyətli ayrıseçkilik birinin vicdanının səsinə qulaq asması, digərinin isə vicdanını dinləməməsidir. Aralarındakı mədəniyyət, təhsil, iş, irq, soy və s. fərqinin isə əslində heç bir əhəmiyyəti yoxdur. Hər insan, heç bir istisnası olmadan, həyatı boyunca, doğruları söyləyən bu səsə, yəni vicdana malikdir. Səhv bir hərəkət edərkən, günah işləyərkən və düşdüyü hər səhvdə vicdanı ona mütləq doğru olanı söyləyir. İnsanın vicdanının səsini təsbit etməsi isə son dərəcə asandır. Çünki bir hadisə qarşısında insana doğru olanı söyləyən vicdan, daim içində ilk eşitdiyi səsdir. İnsan bu ilk səsə tabe olduğu təqdirdə rahatlıq və dinclik içində bir həyat yaşayar. Əksinə olduqda isə, yəni bu səsə qulaqlarını tıxayıb nəfsinə aid bəhanələr axtarmağa başlasa, bu halda da içindən çıxa bilməyəcəyi çətinliklərlə, şiddətli bir vicdan əzabı ilə birlikdə yaşamaq məcburiyyətində qalar.
Bu səbəblə vicdanın varlığı, Allahın insanlara verdiyi çox böyük bir asanlıq və nemətdir. Bu nemətin qiymətini bilən və vicdanını istifadə edən insan, hər vəziyyətdə, doğrunu yanlışdan ayıran, Allahın razı olacağı və dünyada və axirətdə qurtuluşunu təmin edən bir anlayışa da sahib olar.
Allah insanın qurtuluşunun vicdanını dinləməkdə olduğunu belə bildirir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 7-9)
Ayədə bildirilən "onu (yəni nəfsi) təmizləyən uğur qazanmışdır" ifadəsi vicdanına tabe olan adamın dinclik tapdığını açıqca ortaya qoymaqdadır.
Vicdanının əmrlərinə tabe olmayan insanların vəziyyəti isə ayələrin davamında belə xəbər verilməkdədir.
Və onu (üsyanla, günahla, pozulmalarla) örtüb-qucaqlayan da əlbəttə dağıtmaya uğramışdır. (Şəms Surəsi, 10)
Dini tətbiq etməyən və Allahın bəyəndiyi əxlaqı yaşamayan bir insanın vicdanı daima yaxşını, doğrunu və gözəli əmr etməyə davam edər, bunun nəticəsində isə insanın daxilində bir narahatlıq olar. Bilə-bilə vicdansızlıq etməyin əzabı gecə gündüz insanın yaxasını buraxmaz. Bu isə insan üçün dünyada və axirətdə böyük bir peşmanlıq gətirər.



Hiç yorum yok: