Allah hər insanı bu dünya həyatında sınayır. Və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imanına görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olur. Allahın qulları üçün yaratdığı bu sınaq isə son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi insana düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində isə imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın ayələrində bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların hərəkətləri və söhbətləri vasitəsilə, insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çevirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayır, insanlara müxtəlif tələlər qurur. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verməkdədir:
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə Surəsi, 208)
Lakin Allahın ayələrdə də bildirdiyi kimi şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan biri şeytanın tələlərini dərhal görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində hökmranlığı olmadığını xəbər vermişdir.
Qurandakı,
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim Surəsi, 22)
ayəsi gərəyincə hökmranlığı olmadığı üçün mömin güclü bir mövqedə olur. Bu da çox böyük bir rahatlıqdır.
iblisin müstəqil bir gücünün olmadığı başqa ayələrdə də belə xəbər verilir:
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba Surəsi, 20-21)
Şeytanın insanlar üzərində heç bir hökmranlığının olmaması, insanlar üçün Allahın təyin etdiyi bir asanlıqdır. Şeytan yalnız insana pisliyi, inkarı, pis əxlaq xüsusiyyətlərini pıçıldayar, onları inkara çağırar. Ancaq, bunları insanlara etdirmək üçün təzyiq etməz, qurduğu tələlər aydın olar və zəifdir. İnsanın şeytanın təsirindən xilas olmaq üçün çox böyük bir səy və güc sərf etməsinə ehtiyac yoxdur. Bir az düşünən insan gerçəkləri dərhal görər və şeytana tabe olmaz. Məsələn, şeytan bir insana dünya həyatını çox cazibədar və bəzəkli göstərə bilər. Gənc bir insana dünya həyatını sanki heç bitməyəcəkmiş kimi hiss etdirib, onu dünyaya ehtirasla bağlamağa çalışa bilər. Halbuki, ağlı başında və gərçəkci düşünən biri üçün şeytanın bu səyləri çox zəif və təsirsizdir. Hər insanın bir gün mütləq öləcəyini, dünya həyatında cazibədar kimi görünən hər şeyin müvəqqəti, qısa ömürlü və cənnətdəki halıyla müqayisə edildiyində son dərəcə əskik və qeyri-kafi olduğunu bilən və düşünən bir insan, şeytanın tələsini pozmuş olar. Və ya şeytan bir insana qüruru və özünü bəyənməyi pıçıldayar. Ancaq, acizliklərini, əskikliklərini, qüsurlarını düşünən və ya bir gün ölüb ə torpağın altında çürüyəcək bir bədənə sahib olduğunu xatırlayan insan şeytanın bu təlqinindən də asanlıqla xilas olacaq.
Əlbəttə ki, bu asanlıq, səmimi olaraq şeytanın təsirində yaşamaq istəməyən, Allahın razılığını, rəhmətini və cənnətini hədəf seçən saleh insanlar üçündür. Əks halda, yəni bir insan Allahdan qorxub çəkinmədiyində və Allahın razılığını axtarmadıqda şeytanın tələlərinə düşməsi çox asan olacaq. Rəbbimiz şeytanın yalnız "səmimi" qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verməkdədir:
(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa! (Sad Surəsi, 82-83)
Buna qarşılıq şeytanın çağırışlarına tabe olan və onu dost edənlərin sonu isə ayədə belə açıqlanmaqdadır:
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan Surəsi, 29)

Hiç yorum yok:
Yorum Gönder