Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin bir nəticəsi olaraq hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrində bu müjdəni belə bildirir:
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 5-6)
Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarına baxıldığında qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə Allahın mütləq bir asanlıq yaratdığı diqqət çəkməkdədir. Allah "Fəttah" sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır.
Quranda Allah yolunda mübarizə edərkən qarşılaşdıqları reaksiyalar və məruz qaldıqları şiddətə görə, yaşadıqları yerdən ayrılmağa məcbur edlilən, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar, bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, heç tanımadıqları insanların yanına köçmək məcburiyyətində qalmışdılar. Bu, kənardan baxıldığında çətin bir vəziyyətdir. Ancaq Allah, Nisa Surəsində, hicrət edən möminlərin vəziyyətlərini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir:
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa Surəsi, 100)
Belə ki, Allah bu vədini Peyğəmbərimiz (səv) dövründə yaşayan möminlər üzərində açıq-aydın göstərmişdir. Dünyəvi dəyərlərə əhəmiyyət verməyən səhabələr, Allah yolunda hər cür fədakarlığı edərək müxtəlif çətinlikləri gözə aldıqları üçün, Allah bu gözəl əxlaqlarına qarşılıq olaraq onlara ən gözəl şəkildə ruzi verildirmiş və saxlamışdır. Onların hər işlərini asanlaşdırmışdır. Səhabələrin yaşadıqları bu asanlıq və rəhməti Allah bir ayəsində belə xəbər verir:
Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; (kafir) adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. (Allah) sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.(Ənfal Surəsi, 26)
Digər peyğəmbərlərin həyatlarındakı daha bir çox nümunə də Allahın möminlərə təmin etdiyi asanlıqların açıq-aşkar göstəriciləridir.
Məsələn Hz. Yusufun həyatındakı bir çox hadisədə Allahın rəhmətindən verdiyi bu asanlıq görülməkdədir. Hz. Yusuf özünü qısqanan qardaşları tərəfindən quyuya atılmasından sonra quyunun yanından keçən bir karvan tərəfindən tapılmışdır. Hz. Yusufu quyudan qurtaran kəslər onu kölə olaraq bir vəzirə satmışlar. Bir müddət sonra Hz. Yusuf, heç bir günahı olmadığı halda özünə atılan böhtanlar səbəbiylə həbsə atılmışdır. Hz. Yusufun həyatındakı bu hadisələr ilk baxışda çox çətin bir hal kimi görünə bilər. Ancaq Allah Hz.Yusufun göstərdiyi gözəl əxlaqa və təvəkkülə qarşılıq olaraq onu dünyada da mükafatlandırmış və çətinliklərlə birlikdə mütləq asanlıq yaradacağını göstərmişdir. Hz. Yusuf başına gələn bir çox mənfi kimi görünən hadisənin vəsilə olmasıyla, xəzinənin başına gətirilərək əhəmiyyətli bir idarəçi olmuşdur.
Allah Hz. Musanın həyatında da qarşılaşdığı çətinliklərlə birlikdə asanlıqlar yaradaraq möminləri dəstəkləmişdir. Hz. Musa əsrlər boyu yaşamış ən azğın insanlardan biri olan Firona qarşı mübarizəsində də Allahın köməyi və dəstəyi ilə üstünlük əldə etmişdir. Allah, özünə qardaşı Harunu bir köməkçi olaraq verməsi üçün dua edən Hz. Musanın duasına cavab vermişdir. Həmçinin Allah Hz. Musanı möcüzəvi bəzi hadisələrlə də dəstəkləyərək, onun, Fironun sehrbazlarının qarşısında qalib olmasını da təmin etmişdir. Hz. Musa da ən çətin anlarda belə Allahın köməyinin iman edənlərlə birlikdə olduğunu unutmamışdır. Bir tərəfdən Fironun əsgərləri tərəfindən təqib edilərkən, digər tərəfdən də dəniz ilə qarşılaşan Hz. Musa, yanındakı möminlərə Allahın köməyinin daim yanında olduğunu söyləmiş və Allahın mütləq bir çıxış yolu göstərəcəyini xatırlatmışdır:
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.O birilərini də ora yaxınlaşdırdıq.Musa və onunla birlikdə olanların hamısını xilas etdik.O birilərini isə suya qərq etdik.(Şuəra Surəsi, 62-66)
Peyğəmbərlərin həyatından bir başqa nümunə isə Hz. Məhəmməd (səv)ın müşriklər tərəfindən izlənilərkən bir mağarada gizlənməsi əsnasında yanında bir möminin olmasıdır. Peyğəmbər Əfəndimiz Hz. Məhəmmədin Allaha şirk qoşanların təhdidi altındaykən yanında dəstəkçi bir möminin olması Allahın nəsib etdiyi asanlıqlardan biridir:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə Surəsi, 40)
Əslində insan, hikmət gözüylə baxdığında, həyatının hər anında Allahın özü üçün yaratdığı asanlıqları görə bilər. Ancaq bu gerçəyi görə bilən insanlar, Allahdan qorxub çəkinən, Allaha təvəkkül edən, hər çətinliklə qarşılaşdığında bunun qədərində olduğunu bilərək, tək dost və vəlisinin Allah olduğuna iman edənlərdir. Allah ayələrində, belə qullarını gözləmədikləri yerlərdən ruziləndirərək onların işlərini asanlaşdıracağını bildirir:
…Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq Surəsi, 2-3)
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq Surəsi, 7)
Allahın ayələrində də bildirdiyi kimi, Allah qoyduğu hökmlərə səmimiyyətlə bağlı olanlar üçün mütləq bir asanlıq yaradar. Buna iman edən möminlər, heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməzlər.
Allah, İnşirah Surəsində də hər çətinliklə birlikdə bir asanlıq olduğunu və Özünün, insanın üzərindəki yükünü götürən olduğunu belə müjdələmişdir:
Məgər Biz sənin üçün köksünü açmadıqmı?Yükünü səndən götürmədikmi?(Onlar) belini bükürdü.Biz adını sənə görə ucaltmadıqmı?Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 1-6)
Hiç yorum yok:
Yorum Gönder