2010-07-08

ALLAH ASAN OLANI ƏMR ETMİŞDİR

İnsanların çoxunun din haqqındakı məlumatları, kiçikliklərindən etibarən ətraflarından əldə etdikləri məlumatlardır. Dini, həqiqi qaynağından yəni Qurandan öyrənmədikləri üçün, din adı altında bir çox xurafata, əsassız inanca qapılırlar. Bu inancların ən təhlükəlilərindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqi olmayan inancdır.
Tarix boyu, dini əslindən sapdırmağı qarşısına məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar sınayanlar, dinə bir çox dini çətinləşdirən tətbiq və xurafatlar qatmağa çalışmışlar. Özlərinin əlavə etdikləri tətbiqlər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşdur. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrətməkdədir.

ŞEYTANIN ZƏİF HİYLƏSİ

Allah hər insanı bu dünya həyatında sınayır. Və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imanına görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olur. Allahın qulları üçün yaratdığı bu sınaq isə son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi insana düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində isə imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın ayələrində bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların hərəkətlərisöhbətləri vasitəsilə, insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çevirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayır, insanlara müxtəlif tələlər qurur. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verməkdədir:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə Surəsi, 208)

GÖZƏL ƏXLAQ HƏR İNSANIN HƏYATINA HÜZUR VƏ ASANLIQ GƏTİRİR

Asan olanın və insana xoşbəxtlik gətirənin Quran əxlaqının yaşanması olduğunu bilirik. Saytda verilən nümunələri çoxaltmaq mümkündür. Çünki hər pis xüsusiyyətindən xilas olaraq bir yaxşılıq daha qazanan adam üçün bir qat daha çox sevinc vəsiləsi meydana gələcək. Məsələn qısqanc biri qısqanclıqla öz - özünə əziyyət verərkən, bu xislətindən uzaqlaşmaqla bütün gözəlliklərdən, gözəl insanlardan, digər insanların müvəffəqiyyətlərindən zövq almağa başlayacaq. Məsələn əvvəl qısqanclıq və kinlə baxdığı yoldaşının gözəlliyi, bir anda Allahın yaratmasını təriflədiyi, hər gördüyündə nemət olaraq gördüyü bir gözəlliyə və sevincə çevriləcək. Və ya ən kiçik bir hadisədə belə səbirsizlənərək özünə süni olaraq çətinliklər yaşadan bir insan, səbrin gözəlliyini və Allah Qatındakı dəyərini öyrənərək yaşadığında, ən sıxıntılı və çətin kimi görünən hadisələrdə belə səbr etməyin, təvəkkülün və təslimiyyətin böyük sevincini və hüzurunu yaşayar.

DÜRÜSTLÜK VƏ SƏMİMİYYƏTİN GƏTİRDİYİ ASANLIQ VƏ HÜZUR

Cahiliyyə insanları çətinliyə düşdükdə dərhal yalana müraciət edərlər. Bunu özlərini qurtarmaq üçün asan bir üsul olaraq görərlər. Halbuki, dürüst olmamaq və yalançılıq bir insanın sahib olduğu ən əzab və sıxıntı verən xasiyyətlərdən biridir. Hər şeydən əvvəl yalan danışan bir insan hər an yalanının ortaya çıxmasının narahatlığını yaşayar və bundan ötəri kiçik düşəcək deyə qorxar. Bunun xaricində yalançılığın gətirdiyi vicdan sıxıntısı insanlarda narahatlıq və gərginlik yaradar. Hər kəsin bir-birinə yalan danışdığı bir mühit isə son dərəcə səmimiyyətsiz və riyakardır. Hər kəs bir-birinin hər söylədiyindən şübhələnər. Ən sadə mövzularda belə bir-birlərinə güvənə bilməzlər. Yeni aldıqları paltarın yaraşıb yaraşmadığını soruşduqlarında riyakar bir cavab alacaqlarından əmindirlər. Yalanlar və riya üzərinə qurulmuş  bir dostluğun isə səmimi və əsl bir dostluq ola bilməyəcəyi müəyyəndir.

TƏVAZÖKARLIQ ASAN VƏ RAHAT HƏYAT GƏTİRİR

Qürur və lovğalıq insana ən çox zülm və çətinlik yaradan pis əxlaq xüsusiyyətlərindəndir. Təvazökarlıq isə, insana dinclik və rahatlıq gətirir. Qürurlu bir insan, hər şeydən əvvəl bütün xüsusiyyətlərini özünə aid zənn edər. Məsələn zəkasının Allahın özünə verdiyi bir nemət olduğunu düşünüb şükr edəcəyinə, zəkasıyla öyünür. Bu xüsusiyyətini gözündə böyüdərək ətrafındakıları özündən aşağı səviyyədə görər və alçaldar. Bu xarakterinin bir nəticəsi olaraq, ətrafındakı insanlar tərəfindən sevilməz. Bəlkə, özündənrazı hərəkətlərinə görə bəzi insanlar  yanında kiçilib,ona hörmət göstərə bilərlər. Ancaq lovğa insana göstərilən hörmət  səmimi, həqiqətən o adama hörmətə layiq olduğu üçün göstərilən bir hörmət deyil; əksinə onun lovğalığının, əzəmətinin şərrindən xilas ola bilmək üçün olan bir davranışdır. Bu səbəbdən lovğa insanların gerçək, səmimi, həqiqi bir sevgi ilə özlərinə bağlı dostları olmaz. Ətraflarında həmişə özlərinə saxta bir diqqət və hörmət göstərən insanlar olar.

BAĞIŞLAMAQ İNSAN ÜÇÜN ƏN XEYİRLİ VƏ ƏN GÖZƏL OLANDIR

" Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura Surəsi, 25)
ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də Allahın bəyəndiyi əxlaqa tabe olan kəslər olaraq, birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbr edərək, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini boğmaq,  təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Və bu münasibətin qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mal-larındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran Surəsi, 134)

FƏDAKARLIQ ASAN, EQOİSTLIK İSƏ ÇƏTİN OLANDIR

Cahil cəmiyyətlərdə insanlar ümumiyyətlə öz istək və mənfəətlərini ön planda görər, hər zaman "Əvvəl mənim rahatlığım, zövqüm, komfortum olmalıdır" düşüncəsiylə hərəkət edirlər.
Fədakarlıq isə, bu insanların nəfsinə çox çətin gəlir. Eqoist davranmaq çoxbilmişlik olaraq qəbul edilərkən, fədakarlıq isə səfehlik kimi  şərh olunur. Halbuki Allaha iman edən və Allahın məmnuniyyətini qazanmaq üçün fədakarlıq edən biri üçün fədakarlıq həm böyük bir qazancdır, həm də son dərəcə asan bir ibadətdir.
Möminlərin fədakarlıq anlayışlarını Allah belə xəbər verir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər(İnsan Surəsi, 8-11)

2010-07-07

YALNIZ ALLAHIN MƏMNUNİYYƏTİNİ AXTARMAĞIN QAZANDIRDIQLARI

Diqqət etsəniz insanların böyük bir hissəsi həyatları boyunca həmişə bəzilərinin onu bəyənməsini, məmnuniyyətini və sevgisini qazanmağa çalışırlar. Yoldaşlarının, müdirlərinin, iş yoldaşlarının, bina sakinlərinin, tamaşaçılarının, uşaqlarının… Belə anlayışdakı insanın həyat şəklindən geyiminə, danışıq üslubundan, dinlədiyi musiqiyə qədər hər şeyində bəyənməsini hədəflədiyi biri vardır. Bu, bir çox cəhətdən çətin, darıxdırıcı, yorucu və bezdirici bir həyatdır. Hər şeydən əvvəl, başqa insanların məmnuniyyətini axtaran bir insan, vicdanını çox vaxt eşitməmək məcburiyyətində qalacaq. Məsələn, yeni tanış olduğu bir qrupdan xariclənməmək, özünü qəbul etdirə bilmək üçün, bu insanlarda gördüyü səhv davranışları söyləməyə, onları xəbərdar etməyə çəkinər. Tək qalmaq və ətrafındakıları itirmək qorxusu ilə həyatı boyu vicdanının əmr etdiklərindən güzəştə gedər. Bu, əvvəllər onda böyük bir vicdanı çətinlik meydana gətirərkən, bir müddət sonra tamamilə vicdanı korlaşar və artıq doğru ilə səhvi, yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edə bilməyəcək vəziyyətə gələr.

ALLAHA TƏVƏKKÜL ETMƏYİN VƏ TƏSLİM OLMAĞIN ASANLIĞI


Hər insanın həyatında "şanssızlıq", "mənfilik", "tərslik" kimi görünən bir çox hadisə meydana gəlir. Bunlar bir insanın bütün həyatına təsir edəcək qədər şiddətli və ya gündəlik həyat içində qarşılaşılan kiçik hadisələr ola bilər. Quran əxlaqını yaşamayan insanlar, ən kiçiyindən ən böyüyünə qədər nəfslərinin xoşlamadığı bu cür hadisələrlə qarşılaşdıqlarında çətinlik, narahatlıq, bədbəxtlik, gərginlik və qorxu duyarlar. Halbuki bu onların çox əhəmiyyətli bir həqiqətdən xəbərsiz həyatlarının nəticəsində öz özlərinə yaşatdıqları bir zülmdür. Allahın bir ayəsində bildirdiyi kimi "Allah insanlara zülm etməz, insanlar öz özlərinə zülm edərlər". Allaha iman etməyən və ya iman etdiyi halda Allahın bildirdiyi gerçəkləri görməməzlikdən gələrək yaşamağı seçən insanların daha dünyada ikən aldıqları qarşılıq, həmişə belə narahatlıq, kədər və tərəddüd içində yaşamaq, bir çox qorxuya və zəifliyə sahib olmaqdır.

VİCDANINI DİNLƏYƏNLƏR DAİM QAZANARLAR

Şossedə hərəkət edən avtomobilləri düşünün… Hər birinin içində fərqli mədəniyyətlərdən gələn, fərqli işlərdə çalışan, xarakterləri ayrı, aldıqları təhsilləri, tipləri qısacası hər şeyləri bir-birindən fərqli olan insanlar şosedə irəliləyirlər.
Bu avtomobillərdən ikisinin də yolda bir yol qəzası ilə qarşılaşdıqlarını fərz edək. Qəza edən avtomobilin içində yaralı olduğu görünən bir adam huşsuz halda olsun... Bu vəziyyətdə avtomobillərdən biri yalnız baxıb yoluna davam edərkən, digəri avtomobili dərhal dayandırıb yaralı olan adama kömək edib, onu ən yaxın xəstəxanaya yetişdirməyə və əlindən gəldiyi qədər kömək olmağa çalışır…

QURAN ƏXLAQINI YAŞAMAĞIN ASANLIĞI


Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa Surəsi, 28)
Fədakarlıq, etibarlılıq, şəfqət göstərmək, təvazökarlıqkar olmaq, dürüstlük, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, əsilzadə, yetkin, səmimi, həlim xasiyyətli, bağışlayıcı, təvəkküllü, səbrli, comərd, hörmətli, etidallı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları alçaltmamaq kimi gözəl xüsusiyyətlər Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın nə olduğunu çox yaxşı bilirlər. Lakin şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün göstərir. Hətta gözəl əxlaqın bir ömür boyu heç bir mövzuda güzəştə getmədən tətbiq olunması, yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahiliyyənin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə pambıq ipliyinə bağlı kimidir; ən kiçik bir zərbədə qopur. Məsələn ən səbrli və etidallı bilinən bir insan belə, mənafeyinin zədələnildiyini düşündüyü bir mövzuda hiddətlənə bilər, iradəsiz, kobud və təcavüzkar davranışlar edə bilər. Ən kiçik şeyə belə səbr etməyi bilməz. Müasir cəmiyyətlərində insanlar əksəriyyətlə bu yanlış əxlaq anlayışına sahibdirlər.

QURAN, ASAN OLANA APARAN BİR RƏHBƏRDİR


Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha Surəsi, 2-3)
Allah, tarix boyu bütün insanlığa doğrunu, həqiqi olan məlumatı tapmaları və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar və bu kitabları insanlara gətirən və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:
daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Ali İmran Surəsi, 4)

ALLAH, MÖMİNLƏRİN ÜRƏKLƏRİNƏ ƏMİNLİK VƏ RAHATLIQ DUYĞUSU ENDİRİR

Allah, Ənfal Surəsində yenə Peyğəmbərimiz (səv) dövründə yaşanan bir çətinlik anında möminlər üzərində meydana gətirdiyi mənəvi dəstəyi belə xəbər verir:
O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal Surəsi, 11)
Ayədə bildirilən "mürgü göndərmişdi" ifadəsi şübhəsiz mənəvi bir yuxuya işarə etməkdədir. Allah, çətinlik anında, səmimi olanların üzərinə belə bir hal vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq və əminlik duyğusunu yaşamışdılar.

ALLAH MÖMİNLƏRİ DÜŞMƏNLƏRİNƏ QARŞI OLDUQLARINDAN ÇOX GÖSTƏRİR

Allahın bir təqdiri olaraq iman edənlərin sayı, hər dövrdə həmişə az olmuşdur. Ancaq qalib gələnlər sayca çox olanlar deyil, hər zaman mömin olanlardır. Möminlər Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə daim inkar içindəki insanlara qarşı müvəffəqiyyət əldə etmişlər. Bütün bunlarla bərabər Allah, bəzən möminləri inkarçıların gözündə sayca və qüvvətcə çox göstərdiyini və bunun inkarçılarda pərtliyə və qorxuya səbəb olduğunu da xəbər vermişdir. Allah ayələrində Əsri Səadət dövründə reallaşan bir hadisəni belə bildirir:
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır.Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. (Ənfal Surəsi, 44-45)
Az saydakı möminin inkarçıların gözündə son dərəcə güclü və qüvvətli, izdihamlı bir birlik olaraq görülməsi şübhəsiz Allahın möcüzələrindən biridir və eyni zamanda möminlər baxımından da çox böyük bir asanlıq olaraq yaşanmışdır. Beləcə Allah möminlərə müvəffəqiyyət qazandırmışdır.

ALLAH MÖMİNLƏRƏ MƏLƏKLƏRLƏ KÖMƏK GÖNDƏRİR


Allahın möminlərə olan köməyi müxtəlif şəkillərdə təcəlli etməkdədir. Allahın köməklərindən biri, mələkləri, çətin anlarında möminlərin köməyinə göndərməsidir. Allah Quranda bu köməyi, Peyğəmbərimiz (səv) dövründə yaşanmış olan bir hadisəni nümunə verərək belə xəbər verməkdədir:
O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi? Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.(Ali İmran Surəsi, 124-126)
Allah bir başqa ayəsində isə möminlərə görünməyən ordularla da kömək etdiyini açıqlamışdır:
Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, (düşmən) ordusu sizin üstünüzə (hücuma )keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.(Əhzab Surəsi, 9)

ALLAH, MÖMİNLƏRƏ GÖRÜNMƏZ VƏ SEZİLMƏZ YOLLARLA ASANLIQ VƏ DƏSTƏK TƏMİN EDİR

Dünya bir imtahan yeri olaraq yaradılmışdır. Bütün insanlar burada Allaha və axirət gününə olan inanclarıyla sınanmaqdadırlar. Allahın yaratdığı bu imtahan mühitinin bir gərəyi olaraq, kənardan baxıldığında pislik edənlər də, yaxşı olanlar da eyni şərtlərdə yaşayırmış kimi görünürlər. Halbuki Allaha iman edənlərin yaşadığı həyat ,dini inkar edənlərinkindən çox fərqlidir. Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi Allah iman edən qullarına daim asanlıq verər, onların işlərini asanlaşdırar, çətin vəziyyətlərdə belə şübhəsiz bir çıxış yolu göstərər. Bu, Allahın açıq bir köməyidir. Ancaq Quranda Allahın qullarına sezilməz yollarla kömək edəcəyi, onlara gözləmədikləri şəkildə dəstək və asanlıq təmin edəcəyi də xəbər verilmişdir.

ALLAH HƏR ÇƏTİNLİKLƏ BİRLİKDƏ BİR ASANLIQ YARADIR


Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin bir nəticəsi olaraq hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrində bu müjdəni belə bildirir:
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 5-6)
Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarına baxıldığında qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə Allahın mütləq bir asanlıq yaratdığı diqqət çəkməkdədir. Allah "Fəttah" sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır.
Quranda Allah yolunda mübarizə edərkən qarşılaşdıqları reaksiyalar və məruz qaldıqları şiddətə görə, yaşadıqları yerdən ayrılmağa məcbur edlilən, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar, bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, heç tanımadıqları insanların yanına köçmək məcburiyyətində qalmışdılar. Bu, kənardan baxıldığında çətin bir vəziyyətdir. Ancaq Allah, Nisa Surəsində, hicrət edən möminlərin vəziyyətlərini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir:
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa Surəsi, 100)

ALLAHIN YARATDIĞI İMTAHAN ÇOX ASANDIR


Din əxlaqından uzaq yaşayan insanlar həyatları boyu özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə ümumiyyətlə yalnız dünya həyatına aid olmalarıdır. Məsələn mütəxəssis həkim, müvəffəqiyyətli mühəndis, yaxşı ata, çox pul qazanan iş adamı ya da dünya səviyyəsində məşhur bir sənətçi olmaq və buna bənzər çox şey, insanların çoxunun ən böyük ideallarından sayıla bilər. Bunların xaricində çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat həyatı əldə edə bilmək üçün çalışar, səy göstərər, bəzən müxtəlif fədakarlıqlar edər və öz fikirlərincə "bir şeyə nail olmağa " çalışarlar. Ancaq, bütün bunlara qapıldıqlarında, dünyada olmalarının əsl məqsədini unudar və ya görməzlikdən gəlirlər.
Halbuki hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək, özünə bəzi suallar verməsi lazımdır. "Mən bu dünyada nə üçün yaşayıram?", "Dünyada olmağımın məqsədi nədir?"
"(Məsələn) Bəlkə yaxşı bir memar olub çoxlu bina dizayn etdim, zəngin oldum, mal mülk sahibi oldum, ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı?
Ölümümdən sonra bunlardan hansının bir mənası qalacaq? Dünya üzərində buraxdıqlarımın mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatımdanmı ibarətdir?" Bunlar hər insanın, özünə ölüm gəlmədən əvvəl verməsi lazım olan suallardan bəziləridir.