Allah kimsəyə qaldıracağından çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsiylə bildirmişdir:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir... (Bəqərə Surəsi, 286)
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Ə'raf Surəsi, 42)
Şübhəsiz hər insanın səbr edəcəyi, təvəkkül göstərəcəyi hadisələr eyni olmaya bilər. Bir çox insan fərqli-fərqli hadisələrlə sınanır. Ancaq nəticədə Allah hər insanı gücü nisbətində sınağa çəkir. Məsələn bəzi insanlar dünyada yoxsul bir həyat yaşayar və yoxluğa nə qədər səbr edəcəyi ilə sınanar. Bəzisi isə zənginlik və bolluq içində yaşayar və bu həyat içində nə qədər şükredici, nə qədər gözəl əxlaqlı olduğuyla sınanar, dünya həyatına ehtirasla bağlanıb bağlanmadığı mövzusunda sınanar.
Amma nəticədə zəngin olan da, şiddətli yoxluq içində olan da özləri üçün ən xeyirli həyatı yaşayır. Kasıb olan nə qədər yoxluq çəksə də bu, onun üçün dayanılmayacaq bir çətinlik deyil. Eyni şəkildə zəngin olan nə qədər bolluq içində olsa da bu, onun ərköyün, nankor bir insan olmağa məcbur edə bilməz. Nəticədə bu insanların Allaha olan bağlılıqları, hesab gününə yönəlmiş qorxuları onların Quran əxlaqını yaşayan, dinin əmrlərini yerinə yetirən insanlar olmalarını təmin edir. Bu insanlar qarşılaşdıqları hər hadisədə daim Allaha yönələr, ONdan kömək diləyər yalnız Rəbbimizin razılığını axtararlar. Belə insanlar heç zaman çətinliklər qarşısında acizlik göstərməz, sınandıqları hadisə nə qədər şiddətli olsa da, dindən uzaqlaşmazlar. Allaha bu cür güvənən insanlar üçün Allah sonsuz şəfqətinin və mərhəmətinin bir göstəricisi olaraq hər hadisəni, ən çətin görünəni belə asanlaşdırar.

" İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq” (Kəhf Surəsi, 88)
ayəsində də bu bildirilmişdir. Allah bu gerçəyi başqa ayələrində isə belə xəbər vermişdir:
Kim (haqqını) verir və (Allahdan) qorxursa,və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,Biz onu ən asan olana nail edəcəyik. (Leyl Surəsi, 5-7)
Allaha güvənməyənlərə isə, asan olan hadisələr də çətin gələr. Allah bu insanların nankorluqlarına, dini inkar etmələrinə, Quran əxlaqından uzaqlaşmalarına qarşılıq olaraq onlara dünya həyatında daim çətinlik verər:
Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.(Cəhənnəmə )düşdükdə var-dövləti ona fayda verməyəcək. (Leyl Surəsi, 8-12)
Hiç yorum yok:
Yorum Gönder