Quranda müəyyən dövrlər üçün bildirilmiş asanlıqlar da vardır. Məsələn Hz. Məhəmməd (səv) dövründə inkarçı birliyi ilə qızğın döyüş edən möminlərin, o əsnada ibadətlərini yerinə yetirə bilmələri üçün Allah bir asanlıq göstərmişdir. Döyüş əsnasında möminlərin namazı zəruri vəziyyətlərdə qısalda biləcəklərini belə açıqlamışdır:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir.(Nisa Surəsi, 101)
Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah, möminlərin gerçək dostu və tək vəkilidir.
Hiç yorum yok:
Yorum Gönder