Allahın insanlar üçün, yaradılışlarına ən uyğun olaraq seçdiyi din, İslam dinidir. Allah dinini insanların yaşaya bilməsi üçün çox asan etmişdir. Din, insanların üzərindəki bütün sıxıntını, məhdudiyyəti və sərhədləri, insanlara çətinlik gətirən ağırlıqları qaldırar. İnsanın yalnız sonsuz mərhəmətli, şəfqətli, bağışlayan, saleh qulları üçün hər şeyi xeyirlə yaradan, bütün gücün sahibi olan Allahın özü üçün təyin etdiyi qədərə təslim olmasını, hər şeydə yalnız ONun razılığını axtararaq ONA yönəlməsini bildirər.
Kainatdakı hər varlığın və baş verən hər hadisənin sahibi olan Allaha güvənib arxalanmaq və ONU dost tutmaq, bir insanın həyatındakı bütün qorxularının, narahatlıqlarının, çətinliklərinin və sıxıntılarının da sonu deməkdir. Quran əxlaqını yaşayan bir insan üçün dinin gətirdiyi ən əhəmiyyətli asanlıq və gözəlliklərdən biri budur. Bunun xaricində Allah, bütün əmr və hökmlərini insanların fitrətlərinə ən uyğun şəkildə bildirmişdir və heç birində bir çətinlik yoxdur.
Allah, Quranda din əxlaqının asan olduğunu, dininə tabe olanların işlərini asanlaşdıracağını belə bildirir:
"… O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (Həcc Surəsi, 78)
"Din asanlıqdır."
(Buxari, Iman: 29; Nəsəi, İman: 28; Müsnəd, 5:69)
deyə buyuraraq, insanları dini yaşamağa dəvət etmişdir.
İnsanların dində çətinlik olaraq gördükləri tətbiq və ya inanclar isə, dinə sonradan müşriklər və ya insanları dindən uzaqlaşdırmaq istəyən inkarçılar tərəfindən əlavə olunmuş və haqq dinin bir parçasıymış kimi insanlara qəbul etdirilmişdir. Bəzi kəslər də, özlərini daha təqvalı göstərmək üçün çətin olanı etməyin daha məqbul olacağı yalnışlığına qapılaraq, göstəriş niyyyətli bir din anlayışını mənimsəmişlər. Halbuki, Peyğəmbər Əfəndimiz yanındakı Müsəlmanlara hər zaman dini "asanlaşdırmağı" əmr etmişdir. Bu halda saleh Müsəlmanlar bu əmrə itaət etməli və insanlara asan olanı çətin göstərməyin günahını yüklənməməlidirlər.
"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin."
(Hz. Səid ibni Əbu Bərdə r.ə.) (Ramuz əl-Hədis cild 2, s. 510)
"Gözəl bir həyat" anlayışı insanlara çox vaxt yad gəlir. İnsanların böyük əksəriyyəti, heç bir çətinlik, kədər, qorxu, narahatlıq yaşamayacaqları bir həyatı, reallaşması qeyri-mümkün bir xəyal olaraq görərlər. Həqiqətən belə bir həyat, dindən uzaq yaşayan insanlar üçün reallaşması mümkün olmayan bir xəyaldır.
Belə dinc və sevinc içində bir həyatı yalnız Allahın razılığını, cənnətini və rəhmətini özlərinə hədəf əldə edən, Allahdan qorxub çəkinənlər yaşaya bilərlər. Bu Allahın inanan qullarına müjdələdiyi bir gerçəkdir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl Surəsi, 97)
Yazıda da əhatəli olaraq izah edildiyi kimi, Allahın insanlar üçün bildirdiyi din, çox asan və zəhmətsizdir. Həmçinin insanın həyatındakı bütün çətinlikləri, sıxıntı və əziyyətləri aradan qaldırar. Dini yaşayan insan Allahın qoruması altında, hər işində müvəffəqiyyətə və ən gözəlinə çatar və ayədə bildirildiyi kimi ən gözəl həyatı yaşayar.
O halda siz də gözəl olanı və eyni zamanda da ən asan həyatı seçin. Belə bir həyatı Quran əxlaqını yaşayaraq asanlıqla əldə edə bilərsiniz. Çünki Quran, bu kainatdakı hər şey kimi sizi də yaradan Allahın sözüdür. Bu ana qədər içində yaşadığınız cəmiyyətdən, ətrafınızdakı insanlardan, qəzetlərdən, televiziyadan aldığınız təlqinləri bir kənara buraxaraq yalnız Allahın sözü olan haqq dinə yönəlin və Quran əxlaqını yaşamağın asanlığını düşünün.
Unutmayın; əgər din əxlaqının rahat yaşana bildiyini görməməzlikdən gələrək, asan olanı tərk etsəniz, axirətdə ümid etmədiyiniz sonsuz bir ağrı ilə qarşılaşa bilərsiniz.

1 yorum:
mashaAllah
Yorum Gönder