2010-07-07

ALLAHIN YARATDIĞI İMTAHAN ÇOX ASANDIR


Din əxlaqından uzaq yaşayan insanlar həyatları boyu özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə ümumiyyətlə yalnız dünya həyatına aid olmalarıdır. Məsələn mütəxəssis həkim, müvəffəqiyyətli mühəndis, yaxşı ata, çox pul qazanan iş adamı ya da dünya səviyyəsində məşhur bir sənətçi olmaq və buna bənzər çox şey, insanların çoxunun ən böyük ideallarından sayıla bilər. Bunların xaricində çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat həyatı əldə edə bilmək üçün çalışar, səy göstərər, bəzən müxtəlif fədakarlıqlar edər və öz fikirlərincə "bir şeyə nail olmağa " çalışarlar. Ancaq, bütün bunlara qapıldıqlarında, dünyada olmalarının əsl məqsədini unudar və ya görməzlikdən gəlirlər.
Halbuki hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək, özünə bəzi suallar verməsi lazımdır. "Mən bu dünyada nə üçün yaşayıram?", "Dünyada olmağımın məqsədi nədir?"
"(Məsələn) Bəlkə yaxşı bir memar olub çoxlu bina dizayn etdim, zəngin oldum, mal mülk sahibi oldum, ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı?
Ölümümdən sonra bunlardan hansının bir mənası qalacaq? Dünya üzərində buraxdıqlarımın mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatımdanmı ibarətdir?" Bunlar hər insanın, özünə ölüm gəlmədən əvvəl verməsi lazım olan suallardan bəziləridir.
Burada bunu da ifadə etmək lazımdır; insanlar əlbəttə ki peşə sahibi olacaqlar, hətta peşələrində son dərəcə müvəffəqiyyətli olmağı da diləyəcəklər və bunun üçün çalışacaqlar. Ancaq bunların hər birinin insanın son hədəfi üçün bir vasitə olduqlarını unutmamaq da çox əhəmiyyətlidir, lakin insanların böyük bir hissəsi əsl məqsədlərini unudur və ya görməməzlikdən gəlirlər və bütün həyatlarını əslində vasitə olan bu müvəqqəti işlərə həsr edirlər.
Halbuki hər insanın çox az belə düşünsə bilə biləcəyi çox əhəmiyyətli bir gerçək vardır: Allah dünyanı, da insanları da bir hikmətyaratmışdır. İnsanların yaradılış məqsədi Quranda bildirildiyi kimi yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə insanların axirətdəki mövqelərinin təyin olunması üçün bir imtahan yeri olmasıdır. Allah bu gerçəyi Quranda belə bildirir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.(Mülk Surəsi, 2)
Allah insanlara dünyanın müvəqqətiliyini və sonsuza qədər yaşayacaqları əsl məkanın axirət olduğunu anlamalarını təmin edəcək çox sayda dəlil vermişdir.
Məsələn dünya üzərində yüzlərlə növ xəstəlik olması, mikroskopik bir virusun özündən milyonlarla qat böyük insan bədəninə ölümcül təsir etməsi, insanın davamlı təmizlənməyə, yemək yeməyə, istirahət etməyə və yuxuya möhtac olması, insan ömürünün yuvarlaq 60-70 il kimi çox qısa bir müddət olması, zamanın insan üzərində son dərəcə bezdirici bir təsirinin olması, istisnasız hər kəsin sonunun mütləq ölüm olması, həyat boyunca əldə edilən malın, mülkün, etibarın, sevilənlərin arxada qalması, insan bədəninin torpaq içərisində çürüməsi kimi bir çox səbəb, insanların dünya həyatının müvəqqəti və əskikliklərlə dolu, insan ruhunu əsla təmin edə bilməyəcək bir yer olduğunu anlamaları üçün kifayətdir. Bütün bunlar insanları dünyaya bağlanmaqdan saxlayan çox əhəmiyyətli gerçəklərdir. Allah Quranda, dünyanın "elə-belə" bir yer olaraq yaradılmadığını, müəyyən bir hikmət üzərinə yaradıldığını belə bildirir:
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz dərgahımızda olanlardan hazırlayardıq. Lakin Biz (bunu) etmədik. (Ənbiya Surəsi, 16-17)
Necə ki, insan bir az düşündüyündə, dünyanın sonsuza qədər qala biləcəyi bir yer olmadığını, yalnız bir sınaq məkanı olduğunu, bu həyatın son dayanacaq deyil, əksinə qısa müddətli bir keçid yeri olduğunu, bu müvəqqəti məkanda yaşadığı hər anından məsul olacağını, ən əhəmiyyətlisi özünü yoxdan var edən Rəbbimizə qarşı bir məsuliyyəti olduğunu rahatlıqla anlayacaq.
Bu anlayışa sahib olan insanın bir mərhələ daha irəliləyərək bunu düşünməsi lazımdır: Allah dünyada bütün insanları müxtəlif hadisələrlə, şərlə və xeyrilə sınamaqdadır. Gün ərzində insanın qarşılaşdığı bütün hadisələr, əslində ölümdən sonrakı sonsuz həyatda olacağı məkanı təyin edən sınaqlardan meydana gəlməkdədir. Və Allah hər insana bu sınaqda bir asanlıq yaratmış və ona yolunu, yəni nə etməsi lazım olduğunu göstərdiyini bildirmişdir:
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan Surəsi, 2-3)
Ayələrdə bildirildiyi kimi, Allah bütün insanların həyatlarında mütləq onlar üçün doğru olan yolu göstərmiş, din və gözəl əxlaq haqqında məlumat sahibi olmalarını təmin etmişdir. Hər insan dünyanın müvəqqəti bir yer olduğunu və axirəti üçün həyatını Allahın məmnun olacağı kimi yaşaması lazım olduğunu bir vəsilə ilə öyrənir. Qısacası, bu dünyada yaşanan, insanların xəbərdar olmadıqları və ya qazanc qazanmaq üçün nə etmələri lazım olduğunu bilmədikləri bir imtahan deyil. Allah hər əsrdə göndərdiyi elçiləri, keçmişdə göndərmiş olduğu kitabları və hər insanda yaratdığı vicdan ilə, insanlara doğru yolu göstərir və onları səhv olanlardan çəkindirir. Allaha iman edən, tam təslimiyyətlə təslim olan, yalnız Allahı dost və vəkil edən, hər hadisədə Allaha dönüb yönələrək ONA təvəkkül edən möminlər üçün, Allahın yaratdığı hər sınaq çox asan və zövqlüdür. İmanın sirrini bilənlər, Allaha səmimi olaraq iman edənlər üçün dünya həyatının heç bir anında çətinlik, sıxıntı, kədər, cəfa, olmaz.
Hər hadisə, Allaha yaxınlaşmaq və cənnəti daha çox ümid edə bilmək üçün bir nemətə çevrilər.
Səmimi imanın şərtlərindən biri də Allahı çox yaxşı tanımaq və bilməkdir. Bir insan Allahı nə qədər yaxşı tanısa, Allahın gücünü nə qədər yaxşı bilsə, təqvası və Allaha yaxınlığı da o qədər güclü olar. Məsələn Allahın bağışlayıcılığını bilən bir insan, heç bir zaman səhvlərindən və ya əskikliklərindən ötrü ümidsizliyə və ya bədbinliyə qapılmaz. Allahın ruzi yetirən olduğuna iman edən biri, pul qazanmaq üçün çox səy göstərməz. Ruzini verənin Allah olduğunu bilər; işləyər, səy göstərər amma ruzinin miqdarını Allahın təyin etdiyini və özünün dəyişdirə bilməyəcəyini bilməyin təslimiyyətini yaşayar. Bu səbəbdən, Allahı bilən və tanıyan bir insan üçün dünya həyatı böyük bir asanlıq və nemətlərlə doludur; o insan hər an Allahın bir təcəllisini və yaradılışındakı bir gözəlliyi görərək yaşayar. Qısacası Allaha təslim olmuş saleh Müsəlmanlar üçün Allahın yaratdığı imtahan son dərəcə asan və zövqlüdür.

Hiç yorum yok: