Cahil cəmiyyətlərdə insanlar ümumiyyətlə öz istək və mənfəətlərini ön planda görər, hər zaman "Əvvəl mənim rahatlığım, zövqüm, komfortum olmalıdır" düşüncəsiylə hərəkət edirlər.
Fədakarlıq isə, bu insanların nəfsinə çox çətin gəlir. Eqoist davranmaq çoxbilmişlik olaraq qəbul edilərkən, fədakarlıq isə səfehlik kimi şərh olunur. Halbuki Allaha iman edən və Allahın məmnuniyyətini qazanmaq üçün fədakarlıq edən biri üçün fədakarlıq həm böyük bir qazancdır, həm də son dərəcə asan bir ibadətdir.
Möminlərin fədakarlıq anlayışlarını Allah belə xəbər verir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər(İnsan Surəsi, 8-11)
Etdiyi fədakarlığın qarşılığında, ayələrdə bildirildiyi kimi, Allahın razılığını və "gözəllik və sevinc" duyacağı axirət nemətlərini qazanacağını bilən bir mömin üçün, fəda etdiklərinin heç bir əhəmiyyəti qalmaz. Müvəqqəti, qısa və əskikliklərlə dolu bir həyatda insanın ən sevdiyi var-dövlətinin belə, Allahın məmnuniyyətinin və bunun qarşılığında verəcəyi cənnət həyatının yanında heç bir dəyəri və gözəlliyi yoxdur. Buna iman edən möminlər, etdikləri fədakarlıq nə qədər böyük olursa olsun nə bir təqdir gözləyərlər, nə də digər insanları minnət altında qoyarlar.
Bütün bunlarla bərabər Allah, Öz razılığı üçün fədakarlıq edənlərə dünyada da bolluq və bərəkət vəd edir, verdiyindən də çoxunu o adama bağışlayır. Allah bu vədini ayələrində belə bildirir:
Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245)
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 261-262)
Allaha və axirətə inanmayanlar üçünsə fədakarlığın hər cürü böyük bir itki, özlərindən və mənfəətlərindən əhəmiyyətli bir azalmadır. İnancsız olduqları üçün, əslində özlərinə böyük qazanc olacaq gözəllikləri çirkin və itki olaraq görərlər. Eqoistliyin, malını və pulunu əlində bərk-bərk tutmağın çətinlik və gərginliyini yaşayarlar. Evlərində oturarkən belə daima narahatlıq içindədirlər. Əşyalarının köhnəlməsi, yeməklərinin tükənməsi, dostlarının ziyarəti bu insanlar üçün həmişə bir əziyyət və zəhmət deməkdir. Pis əxlaqları ilə öz -özlərinə zülm edər, gözəl əxlaqın gətirəcəyi dinclik və bərəkətdən məhrum qalarlar.

Hiç yorum yok:
Yorum Gönder