2010-07-07

ALLAHIN MƏSULİYYƏT YÜKLƏMƏDİKLƏRİ

Allahın mərhəmətinin başqa bir təcəllisi olaraq, gücü çatmayanlara digər insanlara yüklənən məsuliyyətlər yüklənməmişdir. Allah bunu bir ayəsində belə bildirir:

(Döyüşə getməməkdə) kora günah yoxdur, çolağa günah yoxdur, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.(Fəth Surəsi, 17)

Allah şikəst olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətini və sonsuz şəfqətinin bir dəlilini daha insanlara göstərməkdədir. Bir ayədə Allahın insanlara çətinlik yaratmadığı və bunun ONun şəfqətinin və mərhəmətinin bir nümunəsi olduğu belə ifadə edilməkdədir:

Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. (Bəqərə Surəsi, 220)

Hiç yorum yok: