Eyni anda bir çox insanı məmnun etmək üçün çalışan bir adamı gözləyən digər bir çətinlik isə, birini məmnun edərkən digərini hirsləndirmə ehtimalıdır. Bir insan yoldaşlarını məmnun edərkən ailəsini, ailəsini məmnun edərkən yoldaşlarını hirsləndirib itirə bilər. Və ya müdirinin gözünə girmək üçün əlindən gələni edən bir insan iş yoldaşlarının məmnunsuzluğunu qazana bilər. Bütün bunların nəticəsində isə, belə bir insanın həyatında hər vəziyyətdə narahatlıq, sıxıntı və məmnuniyyətsizlik olacağı açıqdır.
Halbuki səmimi bir Müsəlman yalnız Allahın məmnuniyyətini axtarar. Onun üçün ətrafındakı insanların nə deyəcəyi deyil, Allahın əmr etdikləri əhəmiyyətlidir. Allahın razılığını axtarmaq və ona görə hərəkət etmək isə hər zaman dümdüz olan yoldur. Allah bir ayəsində yalnız Allahın razılığını axtaranla, bir-biriylə çəkişən çox şərikli sahibləri olan bir adamın vəziyyəti arasındakı fərqi belə bildirir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər Surəsi, 29)
Ayədə ifadə edildiyi kimi insanın yaşayışına uyğun olan yalnız Allahın məmnuniyyəti üzərinə qurulmuş bir həyatdır. Səid Nursi də Allahın razılığını qazanmaq üçün cəhd göstərməyin hər zaman çox asan bir həyat gətirəcəyini belə açıqlamışdır:
"Əməlinizdə İlahi razılığı olmalı. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yox. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yox. O razı olduqdan və qəbul etdikdən sonra, istəsə və hikməti iktiza etsə, sizlər istəmədiyiniz halda, xalqlara qəbul etdirər. Onları da razı edər." (Lemalar, s. 154)
Bədiüzzamanın bu təfəkkürü son dərəcə əhəmiyyətlidir; gerçək ixlas və səmimiyyətin də açarıdır. İnsan ancaq Rəbbimizin razılığını axtararaq səmimi dindar ola bilər. Əgər etdiyi işlərdə insanların və ya başqa varlıqların razılığına yönəlirsə, o zaman şübhəsiz bu işin içinə riya qarışmış olar. Riyakar bir xarakter isə insanı həm dünyada, həm də axirətdə zərərə aparar. İlk öncə, insanların razılığını axtaranlar, gözlədikləri qarşılığı heç zaman görə bilməzlər. Bir insanın gözünə girmək, ona sanki "özünü istətmək" üçün çalışıb çabalayarlar, amma qarşılarındakı insan onların bu səylərini təqdir edə bilməz. Onsuz da etsə belə özü də aciz və yazıq bir insandır. Hər şeyin tək hakimi və sahibi olan Allah, Öz razılığını qazanmaq üçün çalışanları isə sonsuz cənnəti ilə müjdələyir ki, cənnət, insanın nəfsinin arzu etdiyi hər şeyin hazır olduğu bir məkandır. Allah yalnız Öz rzasına uyanların qurtuluşa çatacağını belə bildirmişdir:
Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə Surəsi, 16)
Yalnız Allahın razılığına yönəlmək hər insana, dünyada və axirətdə ən asan, ən gözəl və ən sevincli həyatı gətirəcək.
Hiç yorum yok:
Yorum Gönder