Namaz qılmaq Müsəlmanın bütün həyatı boyu, axsatmadan edəcəyi, Allahın təyin etdiyi vaxtlarda fərz olan bir ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar, namaz qılmağı da ümumiyyətlə yaşlılıq dövrlərinə buraxarlar. Halbuki namaz da bütün digər ibadətlər kimi son dərəcə asan yerinə gətirilə biləcək bir ibadətdir.
Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi fərz etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə məsuldur. Bunun qarşılığında isə Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara fərz etdiyi ibadətlərdə asanlıq yaratması isə Allahın mərhəmətini və şəfqətini göstərir. Buna baxmayaraq, Allahın əmrlərinə tabe olmayanların isə axirətdə, güclərinin çatmadığına və ya çətin olduğu üçün yerinə yerinə yetirə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaq üzrə) Məsələn, dəstəmaz almaq son dərəcə asandır.
Hətta, bir insanın dəstəmaz almaq üçün su tapa bilməməsi halında Allah "təyəmmüm etmə"yi yol olaraq göstərmişdir ki, təyəmmüm hər zaman asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayəsində belə bildirir:
"... (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz." (Maidə Surəsi, 6)
Allahın ayədə də bildirdiyi kimi, Allah insanlara çətinlik yaratmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar yaratmışdır. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman edənlər üçün son dərəcə asandır. Allah, sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara tabe olanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.

Hiç yorum yok:
Yorum Gönder