2010-07-07

ALLAH MÖMİNLƏRİ DÜŞMƏNLƏRİNƏ QARŞI OLDUQLARINDAN ÇOX GÖSTƏRİR

Allahın bir təqdiri olaraq iman edənlərin sayı, hər dövrdə həmişə az olmuşdur. Ancaq qalib gələnlər sayca çox olanlar deyil, hər zaman mömin olanlardır. Möminlər Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə daim inkar içindəki insanlara qarşı müvəffəqiyyət əldə etmişlər. Bütün bunlarla bərabər Allah, bəzən möminləri inkarçıların gözündə sayca və qüvvətcə çox göstərdiyini və bunun inkarçılarda pərtliyə və qorxuya səbəb olduğunu da xəbər vermişdir. Allah ayələrində Əsri Səadət dövründə reallaşan bir hadisəni belə bildirir:
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır.Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. (Ənfal Surəsi, 44-45)
Az saydakı möminin inkarçıların gözündə son dərəcə güclü və qüvvətli, izdihamlı bir birlik olaraq görülməsi şübhəsiz Allahın möcüzələrindən biridir və eyni zamanda möminlər baxımından da çox böyük bir asanlıq olaraq yaşanmışdır. Beləcə Allah möminlərə müvəffəqiyyət qazandırmışdır.
Eləcə də, Allah başqa ayələr ilə Peyğəmbərimiz Hz. Məhəmməd (səv)ə, dilədiyi zaman möminlərin gücünü olduğundan qat-qat daha çox artıracağını bildirmişdir. Səbr etmələrinə qarşılıq olaraq inanan qullarına ümid etdiklərindən daha böyük bir güc və zəfər verəcəyini belə vəd etmişdir:
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.İndi Allah sizin (yükünüzü )yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbirli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 65-66)
Allah, yuxarıdakı ayələrdə bildirdiyi kimi, Peyğəmbərimiz (səv) zamanında möminləri qızğın bir savaşda olduqları üçün inkarçıların gözündə sayca və qüvvətcə daha izdihamlı və daha güclü göstərərək möminləri dəstəkləmişdir. Çünki Allah, möminlərin daim dostu və köməkçisidir. İnkar edənlər nə qədər çox olsalar da, nə qədər böyük bir gücə sahib olsalar da nəticədə bütün güc Allaha aiddir. Allah tək bir "Ol" əmriylə dilədiyini edəndir.
Allaha güvənən, ONun sonsuz qüdrətini, hər şeyə gücü çatan olduğunu təqdir edə bilən insanlar daim bunun rahatlığını yaşayarlar.

Hiç yorum yok: