Asan olanın və insana xoşbəxtlik gətirənin Quran əxlaqının yaşanması olduğunu bilirik. Saytda verilən nümunələri çoxaltmaq mümkündür. Çünki hər pis xüsusiyyətindən xilas olaraq bir yaxşılıq daha qazanan adam üçün bir qat daha çox sevinc vəsiləsi meydana gələcək. Məsələn qısqanc biri qısqanclıqla öz - özünə əziyyət verərkən, bu xislətindən uzaqlaşmaqla bütün gözəlliklərdən, gözəl insanlardan, digər insanların müvəffəqiyyətlərindən zövq almağa başlayacaq. Məsələn əvvəl qısqanclıq və kinlə baxdığı yoldaşının gözəlliyi, bir anda Allahın yaratmasını təriflədiyi, hər gördüyündə nemət olaraq gördüyü bir gözəlliyə və sevincə çevriləcək. Və ya ən kiçik bir hadisədə belə səbirsizlənərək özünə süni olaraq çətinliklər yaşadan bir insan, səbrin gözəlliyini və Allah Qatındakı dəyərini öyrənərək yaşadığında, ən sıxıntılı və çətin kimi görünən hadisələrdə belə səbr etməyin, təvəkkülün və təslimiyyətin böyük sevincini və hüzurunu yaşayar.
Bu çətinliklərə səbr etdiyində qazanacağı əcri düşünərək sevinci qat qat artar. Nəticə olaraq, Allaha, Allahın yaratdığı qədərə, cənnətin və cəhənnəmin varlığına qəti olaraq iman etmək, bir insana ən böyük sevinci, dincliyi, rahatlığı və asanlığı gətirən əhəmiyyətli bir sirrdir. Bunlara çatmaq üçün başqa yollar axtaranlar böyük bir yanılma içindədirlər və iman etmədən bu nemətlərə əsla çata bilməzlər.

Hiç yorum yok:
Yorum Gönder