Dünya bir imtahan yeri olaraq yaradılmışdır. Bütün insanlar burada Allaha və axirət gününə olan inanclarıyla sınanmaqdadırlar. Allahın yaratdığı bu imtahan mühitinin bir gərəyi olaraq, kənardan baxıldığında pislik edənlər də, yaxşı olanlar da eyni şərtlərdə yaşayırmış kimi görünürlər. Halbuki Allaha iman edənlərin yaşadığı həyat ,dini inkar edənlərinkindən çox fərqlidir. Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi Allah iman edən qullarına daim asanlıq verər, onların işlərini asanlaşdırar, çətin vəziyyətlərdə belə şübhəsiz bir çıxış yolu göstərər. Bu, Allahın açıq bir köməyidir.Ancaq Quranda Allahın qullarına sezilməz yollarla kömək edəcəyi, onlara gözləmədikləri şəkildə dəstək və asanlıq təmin edəcəyi də xəbər verilmişdir.
Hiç yorum yok:
Yorum Gönder