Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə Surəsi, 225)
Allahın and mövzusunda yaratdığı bir başqa asanlıq daha vardır. Bir məqsəd üzərinə, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün, Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə ilə həll edilməsidir:
Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir… (Təhrim Surəsi, 2)
… lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə Surəsi, 89)
Ayələrdən aydın olduğu kimi Allah hər iki vəziyyətdə də insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərməkdədir. Gözəl və doğru olan əlbəttə andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir hala gələ bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq halları bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Eləcə də, andı pozma haqda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam, kəffarə ödəmək məcburiyyətində olacağı üçün, andını həqiqətən pozması lazımdirmı, yoxsa sözünü hələ yerinə gətirə bilərmi, deyə bir dəfə daha düşünəcək bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcək.
Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər dövr üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağa, Rəbbimizin nemətləri qarşısında şükr edici bir qul olmağa niyyət etdiyində, dini yaşamaq mövzusunda heç bir çətinliklə qarşılaşmayacaq.
Hiç yorum yok:
Yorum Gönder