2010-07-08

ALLAH ASAN OLANI ƏMR ETMİŞDİR

İnsanların çoxunun din haqqındakı məlumatları, kiçikliklərindən etibarən ətraflarından əldə etdikləri məlumatlardır. Dini, həqiqi qaynağından yəni Qurandan öyrənmədikləri üçün, din adı altında bir çox xurafata, əsassız inanca qapılırlar. Bu inancların ən təhlükəlilərindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqi olmayan inancdır.
Tarix boyu, dini əslindən sapdırmağı qarşısına məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar sınayanlar, dinə bir çox dini çətinləşdirən tətbiq və xurafatlar qatmağa çalışmışlar. Özlərinin əlavə etdikləri tətbiqlər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşdur. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrətməkdədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki; Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlaraxəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum Surəsi, 30)
Rəbbimizin şəfqət və mərhəmətinin bir nəticəsi olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və
 "... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...." (Bəqərə Surəsi, 185)
ayəsiylə də bu gerçəyi xəbər vermişdir. Allahın sərhədlərinə tabe olan  bir insan eyni zamanda, yaradılışına ən uyğun olan son dərəcə gözəl bir həyatı yaşayan insandır.

Bu həqiqəti  bilməyən bəzi insanlar isə dinin sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını; məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudlaşdırmalar gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların qapıldıqları çox böyük yanılmalar və şeytanın aldatmasıdır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsas çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyat son dərəcə pis nəticələri də özü ilə gətirir.
Dindən uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edər, heç bir mövzuda sərhəd tanımaz və pozğun  bir həyat yaşayar. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi, hörmət bəsləməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də belə bir həyat heç zaman, heç bir insana xoşbəxtlik gətirməz. Dinin sərhədləri qalxdığı zaman insanın dinclik tapacağı mühitin tam tərsi meydana gəlir və bütövlüklə şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gəlir.
Məsələn hazırkı dövrdə tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotik istifadəsinin və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın önlənə bilməz bir hal alması  kimi hallar  bütövlüklə  dindən və dolayısilə mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşılmasıyla əlaqədardır. Belə mühitlərdə insanlar öz fikirlərincə azad və dilədikləri kimi davranma lüksünə sahib olduqlarını zənn edərlər. Halbuki, bu sərhəd tanımaz həyatlarının özlərinə gətirdiyi maddi və mənəvi dağılma, azadlıq zənn etdikləri hisslərdən çox böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikdən və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə daha sürətlə yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sanılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirir. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin ən pis ehtimallar olduğunu düşünənlər ola bilər. Ancaq bu bir gerçəkdir ki, insan dindən nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa o qədər bədbəxt və çətin bir həyat yaşayar. Bir insanın burada verilən nümunələrdəki qədər pis bir həyat yaşamaması isə, onun asan və xoşbəxt bir həyatı olduğu mənasını verməz. Bəlkə yuxarıda bəhs etdiyimiz insanlara görə bir az daha rahat bir həyat yaşayar. Amma gerçək xoşbəxtliyi və hüzuru əsla tapa bilməz. Üstəlik nəticə olaraq bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşar.
Allahdan qorxan və dinin hökmlərini əskiksiz olaraq yerinə yetirən insanlar isə həm dünyada, həm də axirətdə böyük bir qazanc əldə edərlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdani rahatlığını yaşayarlar. Onlar üçün daim bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələməkdədir:
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ.(Tövbə Surəsi, 112)

Vicdanına qulaq asmayaraq, Allahın sərhədlərini qorumaqda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə, dünyada da, axirətdə də çətinlik və sıxıntılarla qarşılaşacaqlar. Allah bir ayəsində belə bildirir:
.... Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar... (Talaq Surəsi, 1)
Dini yaşamağın çətin olduğunu zənn edən insanlarla bərabər  yuxarıda bəhs etdiyimiz  kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti də vardır. Dinin əslini qavraya bilməyən bəzi kəslər din mövzusunda radikallıq edənlərdir. Belə ki, bəzi insanlar guya azadlıq adı altında sərhədləri tanımırlarsa, bəzi kəslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmə, çətinləşdirmə cürətini göstərirlər. Bu, əslində şeytanın insanlara bir tələsidir.
Allahın haram etmədiyini, haram kimi göstərib, daha çox qadağan qoymağı  bu insanlar bir üstünlük zənn edərlər. Həm də, öz qoyduqları bu qaydalara da lazım olduğu kimi riayət etməz və bir də bunun vicdanı əziyyətini yaşayarlar. Allah, bir ayəsində, Hz. İsadan sonra İsəviliyi sapdıran Xristianları bu mövzuya bir nümunə olaraq verməkdədir:
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid Surəsi, 27)
Bu səbəblə Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində həddi aşanların doğru yoldan sapdıqlarını Quranda bildirmişdir:
De: “Ey Kitab əhli! Dini-nizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın" (Maidə Surəsi, 77)
İnsanın yerinə yetirməsi lazım olan Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də qaçınmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar, axirətdə bunun məsuliyyətini yüklənmiş olaraq hesab verərlər.
Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbər Əfəndimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (səv) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu ifadə etmişdir:
"Din asandır. Kimsə dinə qarşı şədid ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalı. Möhkəm tutum deyən aciz qalar.) Xətti hərəkətinizi düz tutun, (hüduda) yaxın olun."
(Ramuz El-Hadis, 1. cild, s. 98)
İnsanların dini, Peyğəmbər Əfəndimizin yuxarıdakı hədisiylə bildirdiyi şəkildə qiymətləndirmələri lazımdır. Yəni Allahın açıq və aydın bildirdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri aydın olmayan və çətin göstərmələri böyük bir səhvdir.  Allah Quranda bildirdiyi hökmləri hər vəziyyyətdə və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. Qarşıdakı hissələrdə, Allahın hökmlərində, halal və haram sərhədlərində insanlara verdiyi asanlıqlardan bəzilərinə yer veriləcək.

Hiç yorum yok: