2010-07-07

ORUC ÜÇÜN TƏMIN EDİLƏN ASANLIQ

Allah Müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələriylə istisna halları yəni xəstəlik, səfər halıda açıqlayaraq insanlar üçün çətinlik diləmədiyini asanlıq dilədiyini bir daha bildirmişdir:

" İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə Surəsi, 185)

Allahın hökmləriylə əlaqədar ayələrdə, insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığının düşünülərək anlaşılması lazım olduğunu da göstərməkdədir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən boyun qaçıranlar böyük bir yanılma içindədirlər və dini səhv tanımaqdadırlar.

Hiç yorum yok: