O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal Surəsi, 11)
Ayədə bildirilən "mürgü göndərmişdi" ifadəsi şübhəsiz mənəvi bir yuxuya işarə etməkdədir. Allah, çətinlik anında, səmimi olanların üzərinə belə bir hal vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq və əminlik duyğusunu yaşamışdılar.
Əslində bu hüzur və güvən duyğusu möminlərin bütün həyatlarına hakimdir. Allaha və axirətə iman edən insanlar, Allahın hər şeyin tək hakimi olduğunu bildikləri üçün onsuz da heç bir hadisə qarşısında panikaya qapılmaz, bədbinliyə və çətinliyə düşməzlər. Rəbbimizin hər şeyi özləri üçün ən xeyirli olacaq şəkildə, axirətlərinə ən faydalı olacaq şəkildə yaratdığını bilərlər.
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran Surəsi, 160)
ayəsinə qəti olaraq iman edər və təvəkkülün mənəvi rahatlığı içində həyatlarını davam etdirərlər. Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də nəticədə müvəqqəti olduğunun şüurundadırlar. Çünki dünyadakı həyatın sonsuz axirət həyatı yanında çox qısa bir zaman kəsiyi olduğunu unutmazlar.
Dünyada qarşılaşıla biləcək bir çətinlik insanın bütün həyatını əhatə etsə belə ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən bir ömrün, sonsuz cənnət həyatında yaşadığı qarşılıq isə şübhəsiz bənzərsiz olacaq. Cənnətdə möminlər heç bir çətinlik, hüzün, yoxluq, bezginlik, çətinlik yaşamayacaq, əksinə sonsuz gözəlliklər içində nəfslərinin arzu etdiklərinin hamısına qovuşacaqlar.
Bu gerçəyin şüurunda olmaq iman edən bir insanın hər hadisə qarşısında bitməz və sarsılmaz bir təvəkkül yaşamasını təmin edər. Bunun mənəvi hüzur və sevinc duyğusu da dünyadakı ən böyük asanlıqlardan biridir.
Unudulmamalıdır ki, bütün ürəklər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an dilədiyi hadisəni, dilədiyi şəkildə yaradar. Hüzur və güvən axtaran insan, Allah vermədikcə, heç bir yolla buna çata bilməz. Quran əxlaqını yaşamağın insanlara gətirdiyi asanlıq, insanın hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan, daim Allahın köməyini və dəstəyini müxtəlif yollardan yanında tapacaq.
Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır. (Ali İmran Surəsi, 150)
Hiç yorum yok:
Yorum Gönder