2010-07-07

ALLAH BAĞIŞLAYANDIR

Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir nemətdir. Çünki insan qəflətə düşə bilən, unutqan, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Allah, sonsuz mərhəməti ilə insanlara, hər zaman səhvlərindən ötrü bağışlanma diləmə və tövbə etmə imkanı vermişdir. Allahın əzabına uğrama qorxusu ilə səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər insan Allahın özünü bağışlamasını ümid edə bilər. Çünki Quranda bildirildiyi kimi,
" Allah sizin tövbələrinizi qəbul etmək istəyər.(Nisa Surəsi, 27)
Allah bir ayəsində bağışlayıcılığını belə bildirir:
Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (Nisa Surəsi, 110)
Allah bağışlayıcılığı ilə insanlara həyatları boyunca davamlı olaraq yeni fürsətlər verir. İnsanın etməsi lazım olan isə səhvindəno səhvə bir daha dönməmək üzrə imtina etməsi və ölüm anı gəlmədən əvvəl, vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah, yalnız səmimiyyətsiz insanların tövbələrinin qəbul edilməyəcəyini bir ayəsində belə bildirir:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa Surəsi, 18)
Allahın insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatları boyu hər an yeni bir imkan verməsi insanlara çox böyük bir lütfün, rəhmətinin və mərhəmətinin təcəllisidir. Əgər insanlar günahları səbəbiylə dərhal sorğulanaraq cəzalandırılsaydılar, Allahın bildirdiyi kimi yer üzündə canlı heç bir varlıq qalmazdı:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl Surəsi, 61)
Bu səbəbdən, insanlar səhvləri və ya günahları nə olursa olsun, heç bir zaman Allahın razı olduğu kimi qul ola bilmək üçün gecikmiş deyillər. İnsan həyatı boyu nə qədər səhv etmiş olursa olsun, dindən nə qədər uzaq yaşamış olursa olsun səmimi olaraq tövbə etdiyi və saleh bir qul olduğu halda keçmişdə etdiyi səhvləri düşünməsinə ehtiyac yoxdur. Keçmişdə yaşananlar insanlar üçün ancaq bir ibrət vəsiləsi, eyni səhvlərə təkrar dönməmək, bənzərlərini bir daha etməmək üçün öyüd alması lazım olan xatirələrdir. Allah xəbərdarlıq gəldikdən sonra doğru yola yönələn saleh qullarını keçmişlərindən məsul tutmayacağını Quranda xəbər vermişdir:
Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.(Maidə Surəsi, 95)
Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal Surəsi, 38)
Şübhəsiz bu, Allahın dində insanlara lütf etdiyi böyük bir asanlıqdır.

Hiç yorum yok: